Bakıda avtobusda intihara cəhd

Səhər saat 09:00 radələrində 165 nömrəli avtobusda intihara cəhd edilib.

Hadisə şahidlərindən birinin milli.az-a  verdiyi məlumata görə, 30-35 yaşlarında bir şəxs avtobus hərəkət edə-edə özünü atmaq istəyib.

Amma ətrafdakı insanların köməkliyi ilə o son anda xilas edilib.

Psixoloji problemlərinin olduğu ehtimal edilən həmin şəxs sonradan sakitləşərək oturacaqda əyləşib.