Bakı yolunda maşın aşdı, təmirə görə... - Fotolar

Bakının Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.

Report-a istinadən xəbər verilir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Kamilzadə Nicat Güləhməd oğlu idarə etdiyi "90-ZX-735" dövlət qeydiyyat nişanlı, "Toyota Corollo" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq, əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.

Nəticədə sürücü xəsarət almasa da, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.