Bakı təsdiq edir: Şuşaya “İsgəndər-M” raketləri atılıb

Bakı təsdiq edir: Şuşaya “İsgəndər-M” raketləri atılıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) Operativ Qərargahının rəhbəri İdris İsmayılov cümə günü martın 15-də Şuşada tapılmış raket qalıqlarının “İsgəndər-M” əməliyyat-taktiki raket kompleksinə aid olduğunu təsdiq edib.

O, jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, raket qalıqlarının üzərində 9M723 indeksi aşkar edilib.

“Təhlil nəticəsində təsdiq edilib ki, bu, “İsgəndər-M” kompleksidir”, deyən İsmayılov əlavə edib ki, raketin düşdüyü ərazidə araşdırmalar davam edir.

Xatırladaq ki, Rusiya rəsmi olaraq 2016-cı ildə Ermənistana “İsgəndər-E” kompleksi göndərib. Kompleksin bu modifikasiyası məhdud – 280 kilometrə qədər atış radiusuna malikdir.

Rusiya rəsmi olaraq xaricə “İsgəndər-M” ixrac etmir, amma bu komplekslərdən Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya bazasında var. Beləliklə, belə çıxır ki, Azərbaycan ərazisinə Ermənistandakı bazadan rus hərbiçiləri tərəfindən raket zərbəsi endirilib.

Qızışan qalmaqal Bakı və Moskva arasında münasibətləri ciddi şəkildə korlaya və Qarabağda rus sülhməramlıların iştirakına təsirini göstərə bilər.

* “İsgəndər-M” kompleksinin raketləri 50 kilometrə qədər yüksəklikdə uçur və raket əleyhinə müdafiə sistemindən yan keçə bilər. Bu raketlər 500 kilometr mənzilə malikdir və nüvə döyüş başlığı da daxil olmaqla, müxtəlif növ güllələrlə təchiz edilə bilər.

Facebook