EURO : 1,9389 TRY : 0,2479 USD : 1,7 RUB : 0,024
Bakı-sərnişin Keşlə mənzilində yaranan texniki nasazlıq aradan qaldırılıb

Bakı-sərnişin Keşlə mənzilində yaranan texniki nasazlıq aradan qaldırılıb

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinə istinadən xəbər verir.

 

Məlumatda deylir ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Facebook