Bakı-Quba-Rusiya avtomobil yolu pullu olacaq

Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu ödənişli olacaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, 2018-ci ildəqarşıya qoyulan əsas vəzifə Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisidir.

“Bu yol Bakı – Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edir. Bu yol 4 cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur”, – deyə S.Məmmədov əlavə edib.

Azadliq.info