Bakı-Naxçıvan reysi də dayandırıldı

Bakı-Naxçıvan reysi də dayandırıldı

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.

 

Bu məqsədlə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

 

Rakurs.tv-nin məlumatına görə, bu qərarın Bakı-Naxçıvan aviareysinə də şamil edilib. Məlum isitqamətdə uçuşların təxirə salındığı bildirilir.

Facebook