Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır

Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır

Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayır. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatır.

Bildirilib ki, 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.

Facebook