Bakı metrosunun qazancı məlum oldu: İki ayda 7, 3 milyon

2018-ci ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 18,9 mln. ton yük, 262 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3% və 1,4% artım qeydə alınıb.
 
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, bu sərnişinlərin 96,4%-i avtobus, 3,6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,4%, sərnişin dövriyyəsi isə 1,5% artıb.
 
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,4% artaraq 36,5 mln. nəfər olub. Hava nəqliyyatı ilə 291,8 min və ya 9,5% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 35,5% artaraq 33,6 min tona çatıb.