Bakı metrosunda qəribə hadisə – Maşinist qatarı saxlaya bilmədi

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

Bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər.

“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev aktı təsdiqləyib.

O bildirib ki, hadisə bənövşəyi xəttin Memar Əcəmi stansiyasında baş verib. Maşinist stansiyada təyin olunmuş yerdə saxlamayıb və qatar tunelə girib.

Nəsmi Paşayev qeyd edib ki, maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə qaytarıb.