EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Saat 07:00 radələrində Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında qatarların birində texniki nasazlıq yaranıb

 

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

B.Məmmədov əlavə edib ki, həmin qatar depoya sərnişinsiz göndərilib: "Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Nəticədə qırmızı xətt üzrə, yəni "İçərişəhər" metrostansiyası istiqamətində hərəkət edən qatarlarda 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Hazırda dispetçerlər intervalın normaya qaytarılması ilə bağlı işlər görür. Tezliklə hər şey normasına düşəcək"

Facebook