Bakı metropoliteninə bu qatarlar gətirilir

“Metrovaqonmaş” MMC və “Bakı Metropoliteni” QSC arasında “81-765/766” modelli iki beşvaqonlu qatarın Azərbaycana tədarükünə dair müqavilə imzalanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Transmaşholdinq”in Xarici Əlaqələr Müdirliyi məlumat yayıb.

Bildirilir ki, hər bir qatarda iki baş və üç aralıq mühərrikli vaqon olacaq. Onların istifadə müddəti 31 ildir.

İlk qatarın cari ilin mart ayında Bakıya gətirilməsi nəzərdə tutulub.

Müqavilə “Metrovaqonmaş” MMC-nin baş direktoru Boris Boqatıryev və və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov arasında imzalanıb.

İlk qatarın Bakıya çatdırılması bu ilin mart ayına planlaşdırılır. Müqavilənin icrası 2018-ci ildə tamamlanmalıdır.

“81-765/766” seriyalı vaqonlar 2017-ci ilin əvvəlindən “Moskva” adı altında Moskva Metrosunun ehtiyacları üçün Mıtişinski zavodu tərəfindən istehsal olunur. Bakı sifarişindən fərqli olaraq, Rusiya paytaxtına altı və səkkizvaqonlu qatarlar tədarük olunur.