Bakı Meriyası Tağıyevin heykəli üçün yer axtarır

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) əməkdar artist Bəhram Bağırzadənin Prezident İlham Əliyevlə görüşdə Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı təklifinə baxılır. Bu barədə BŞİH-nin mətbuat xidmətindən bildirilib.

 

Meriyadan verilən məlumatda qeyd edilib ki, heykəlin ucaldılması ilə bağlı müvaqif qurumlarla birgə 4-ə yaxın mərkəzi küçə nəzərdən keçirilir. Modern.az-ın əldə etdiyi məlumata görə, baxılan yerlərdən ikisi “Neftçilər” prospektindədir. Onlardan biri Bərham Bağırzadənin təklifdə səsləndiyi yer-Kukla teatrı ilə üzbəüz bağ (Neftçilər prospektilə Əziz Əliyev küçəsinin kəsişməsi), digəri “Qız qalası”nın yanında (Neftçilər prospekti) sökülən evin yerindəki boş sahədir. Əlavə olaraq, iki küçədə də heykəlin ucaldılması məsələsinin baxıldığı vurğulanır. (modern.az)