Bakı ermənisi Ukraynanın Daxili İşlər naziri vəzifəsində qaldı

Bakı ermənisi Ukraynanın Daxili İşlər naziri vəzifəsində qaldı

Ukrayna Prezidenti Vladimir Zelenski "Xalqın xidmətçisi" fraksiyasının iclasında daxili işlər naziri vəzifəsinə hazırkı nazir Arsen Avakovun namizədliyini irəli sürüb.

 

Operativ.tv-nin məlumatına görə, bu barədə millət vəkili Roksolana Pidlas açıqlama verib.

 

"Daxili İşlər naziri vəzifəsinə prezident Avakova səs verməyi təklif edib", - deyə "İnterfaks-Ukrayna" parlamentariyə istinadən yazıb.

 

Onun sözlərinə görə, partiya dövlət başçısının təklifini dəstəkləyəcək.

 

Ukrayna liderinin müşaviri Dmitri Kostyuk bildirmişdi ki, Daxili İşlər naziri vəzifəsinə dörd nəfərin namizədliyinə baxılır.

 

Xatırladaq ki, Avakov Bakı ermənisidir. O, Binəqədi rayonunda doğulub. Atası erməni əsilli Boris Surenoviç Avakov hərbi təyyarəçi olub. Anası isə osetin Tani Matveyevna Qabaraeva olub

 

Qeyd edək ki, bu gün Vladimir Qroysmanın rəhbərlik etdiyi Ukrayna hökuməti tam tərkibdə istefaya gedib. Parlamentdə isə yeni seçilmiş millət vəkillərinin andiçmə mərasimi olub.

Facebook