Bakı bu ay Dünya Kubokuna ev sahibliyi edəcək

Bakı bu ay Dünya Kubokuna ev sahibliyi edəcək

“Bakı Dünya Kubokuna ev sahibliyi etməyə tam hazırdır”.

Bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

Baş katib qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili yarışlar, komandalarımızın hazırlıqları davam edib.

Federasiya rəsmisinin sözlərinə görə, mövcud əlverişli şərait idmanın bu növünə marağın artmasına da imkan yaradıb.

Facebook