Bakı-Ağstafa-Qazax qatarı ləğv edilir

İyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv ediləcək. Bunu «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
 
Bunu Azadlıq Radiosu xəbər verib.
 
Xəbərə görə, sərnişinlər iyulun 16-dan etibarən bu istiqamətdə yalnız Bakı-Böyük Kəsik qatarından istifadə edəcəklər.
 
Qurum ləğv olunmanı iki səbəblə bağlayır. Bu, birinci növbədə Bakı-Ağstafa-Qazax istiqamətində hərəkət edən qatardakı vaqonların istismar müddətini başa vuraraq təmir olunmasına zərurət yaranması, ikincisi qatarların hərəkətinin optimallaşdırılması ilə izah olunur.
 
Bakı-Böyük Kəsik istiqaməti üzrə qatar saat 23:00-də yola düşəcək.