Bağlanan banklardakı dollar əmanətləri hansı valyutada qaytarılacaq? - AÇIQLAMA

Bağlanan banklardakı dollar əmanətləri hansı valyutada qaytarılacaq? - AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 28-də lisenziyalarını ləğv etdiyi "Amrah Bank" və "Atabank" ASC-nin qorunan əmanətçilərinə əmanətlərin geri qaytarılması proresi başlayır. Belə ki, iyunun 1-dən başlayaraq 30 min manat ekvivalentinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub.

Bəs əmanətlərini xarici valyutada saxlayan şəxslərə kompensasiya hansı valyutada ödənəcək?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən hüquqşünas ekspert Əkrəm Həsənov bildiridi ki, əmanət hansı valyutada yerləşdiribsə, həmin valyutada da qaytarılmalıdır:

"Lakin əgər bir şəxsin bağlanan bankda bir neçə əmanəti varsa və əmanətlər fərqli valyutalardadırsa, bütün məbləğ milli valyutada qaytarılacaq. Bu zaman xarici valyutada olan əmanət Mərkəzi Bankın qaytarılma gününə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq manat valyutasına mübadilə olunacaq. Məsələn, əgər vətəndaşın lisenziyası ləğv olunmuş bankda həm dollar, həm manat valyutasında əmanəti varsa, həmin şəxsə ödəniş manat valyutasında ediləcək. Həmçinin bu zaman əmanətçinin mütləq şəkildə manat əmanətinin olması mütləq deyil. Belə ki, şəxsin yalnız xarici valyutalarda – həm dollar, həm avroda əmanəti varsa, bu zaman da ödəniş manat valyutasında ediləcək".

Facebook