"Bağdadinin öldürülmüş olma ehtimalı 100 faizə yaxındır"

Eastnews.org-un verdiyi xəbərə görə, İŞİD lideri Əbubəkr əl-Bağdadinin ötən ay Rusiyanın hava əməliyyatlarında öldürülmüş olma ehtimalının 100 faizə yaxın olduğu açıqlanıb.

Bu barədə Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov açıqlama verib. Rus mətbuatına danışan Ozerov "Əgər Rusiya müdafiə naziri Sergey Şoyqu İŞİD liderinin öldürüldüyü barədə Rusiya Prezidenti Vladimir Putinə hesabat verirsə, o halda bu ehtimal 100 faizə yaxındır", - deyib.

Daha əvvəl bəzi ölkələrin Bağdadinin öldürüldüyünü açıqladığını, ancaq sonra Bağdadinin həyatda olduğunun məlum olduğunu xatırladan Ozerov Rusiyanın bu vəziyyətə düşmək istəmədiyini vurğulayıb. Digər tərəfdən, Ozerov "İŞİD-in indiyə qədər Bağdadini ictimaiyyət qarşısına çıxarmaması öldüyü ehtimalını gücləndirir. Ümumiyyətlə, Bağdadinin öldüyünə dair xəbərlər çıxandan sonra dəqiq bəyanat veriləcək", - sözlərini diqqətə çatdırıb.