Azyaşlıların məlumatını oğurlayan Google və YouTube cərimələndi

Google və onun YouTube xidməti valideynlərin razılığı olmadan uşaqların fərdi məlumatlarını topladığı üçün 170 milyon dollar ödəməlidir.

 

ABŞ Federal Ticarət Komissiyası bu barədə məlumat yayıb.

 

Bildirilir ki, korporasiya YouTube kanalının 13 yaşına çatmamış izləyiciləri barədə məlumatları toplanması ilə bağlı müvafiq qanunu pozmaqda ittiham olunur. Şöbədən verilən məlumata görə, şirkət bu məlumatlardan target reklam üçün istifadə edirdi.

 

Bu məbləğin 136 milyon dolları komissiyaya, qalan hissəsi isə New York prokuroruna ödənilməlidir.

 

  • Targetinq – (ingilis dilində “target” – “məqsəd” sözündən yaranmışdır) müəyyən kriteriyalara uyğun gələn auiditoriyaya məzmun üzrə seçilmiş məlumatların çatdırılmasıdır. Burada məqsəd reklam elanlarının məhz həmin seçilmiş kütləyə çatdırılmasıdır.