AzTV Qafqaz İslam Ordusu haqqında film nümayiş etdirəcək

AzTV Qafqaz İslam Ordusu haqqında film nümayiş etdirəcək

AzTV dövlət telekanalı bazar ertəsi saat 21:30-da 1918-ci ildə Bakını daşnak-bolşevik hakimiyyətindən azad etmiş Qafqaz İslam Ordusu haqqında sənədli film nümayiş etdirəcək.

Press-relizdə yer alan məlumata görə, filmdə tarixi hadisələrin bəziləri obrazlı formada nümayiş olunsa da eyni zamanda real görüntülərdən də istifadə edilib. Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin real görüntüləri də yer alıb.