Azərsudan şikayəti olanların işi asanlaşdı

Azərsudan şikayəti olanların işi asanlaşdı

Bu gün "Azərsu" ASC "e-Su.az" portalını istifadəyə verilib.

Portal vətəndaşların "Azərsu"ASC-yə müraciətlərini asanlaşdırır və portal vasitəsilə ASC ilə bağlı bütün əməliyyatlar həyata keçirmək mümkün olacaq. Bu barədə "Azərsu" ASC-nın Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəisi Emil Əhmədov deyib.

Onun sözlərinə görə, portal su istehlakçısının şəxsi kabineti olaraq fəaliyyət göstərir. Sistemə elektron bildiriş və "Azərsu"ya şikayətlərin göndərilməsi kimi xidmətlər öz əksini tapacaq. Sistem vahid platforma şəkilində yığılıb. Hələlik 8 elektron xidmət portala daxil edilib. Sistemə "myGov" portalı üzərindən də keçid əldə etmək mümkündür. 

"E-Su” portalında istehlakçı ərazilərdə su xətlərində baş verən qəzalarla bağlı bildirişlər alacaq, hətta öz şikayətlərini də qeyd edə biləcəklər.

Facebook