Azərbaycanlıların yaşadığı bu kənddə virus sürətlə yayılır - Nəzarətə götürüldü

Azərbaycanlıların yaşadığı bu kənddə virus sürətlə yayılır - Nəzarətə götürüldü

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndinə giriş-çıxış bağlanıb.
 
"Report”un yerli bürosu xəbər verir ki, kənd ciddi karantin zonası elan edilib.
 
Buna səbəb ötən gün kənddə koronavirusa 8 yeni yoluxma halının təsdiq olunmasıdır.
 
Səhər saat 06:00-dan etibarən Geta kəndi tam təcrid olunub və əhali arasında tibbi müayinə həyata keçirilir.
 
Ötən gün rayonun Muşevani (Dəllər) kəndində də daha 9 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək Bolnisidə COVID-19-a 139 nəfər yoluxub. Onların 49-u sağalıb, 3-ü isə dünyasını dəyişib, 78 nəfər özünütəcriddə, 69 nəfər isə karantindədir.
 
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə mayın 18-dən etibarən Bolnisidə əlavə karantin qaydaları tətbiq olunacaq. 

Facebook