Azərbaycanlı zəvvarlar Bakıya qayıdıb - Fotolar

 Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk qafiləsi Vətənə qayıdıb.

"Report" xəbər verir ki, zəvvarları gətirən ilk təyyarə paytaxtdadır.

Qeyd edək ki, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.