Azərbaycanlı və erməni Rusiya sərhədində saxlanılıb

Azərbaycan və Ermənistan vətəndaşları Rusiya-Ukrayna sərhədində saxlanılıb. Ukrayn a KİV-nə istinadən xəbər verilir ki, Bakıdan və Yerevandan  olan vətəndaşlar Ukraynadan Rusiya ərazisinə qanunsuz keçmək barədə razılaşıblar.

Lakin sərhədi keçən zaman rus sərhədçiləri tərəfindən saxlanılıblar.

Məlumata görə, hər iki şəxsin Rusiya ərazisinə girişi qadağan olunmuşdu.