Azərbaycanlı məhbuslar konvoydan qaçdı

Rusiyanın Mordoviya Republikasının hüquq-mühafizə orqanları iki Azərbaycan vətəndaşı üzrə axtarış elan edib. Həmin şəxslər dünən, iyunun 27-də, bir saat fərqlə Ruzayev rayon məhkəməsinə gətirilərkən yolda konvoydan qaça biliblər.

Rakurs TV-nin məlumatına görə, qaçan şəxslər 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov axtarılır.

Mordoviya polisinin mətbuat xidmətinin bildirdiyinə görə, adı çəkilən azərbaycanlılar əvvəllər ağır cinayət əməllərində günahkar bilinərək məhbəs həyatı yaşayıblar. Xüsusi olaraq göstərilir ki, qaçmış şəxslərin üstündə pul yoxdur və maliyyə mənbəyi tapmaq üçün onlar yeni cinayət əməlləri törədə bilərlər.