EURO : 1,8782 TRY : 0,2865 USD : 1,7 RUB : 0,0275
Azərbaycanlı jurnalist 'Qafqazın qəhrəmanı' seçilə bilər

Azərbaycanlı jurnalist 'Qafqazın qəhrəmanı' seçilə bilər

Rusiyada fəaliyyət göstərən "Qafqazski uzel” saytı ənənəvi olaraq "Qafqazın qəhrəmanı” seçiləcək şəxsin müəyyən edilməsi üçün onlayn səsvermə keçirir.
 
Bu il namizədliyi irəli sürülmüş yeddi nəfərin arasında, hazırda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı da var.
 
Dünənə qədər Ə.Muxtarlı səsvermədə lider olsa da, bu gün mövqelərini itirib və hazırda 26,46% səslə ikinci yerdədir.
 
Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib.
 
Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Səsvermədə iştirak etmək istəyənlər bu linkə daxil ola bilərlər : Əfqan Muxtarlı 'Qafqazın qəhrəmanı' seçilə bilər
 

Facebook