Azərbaycanlı İŞİD-çiyə hökm oxundu

Azərbaycanlı İŞİD-çiyə hökm oxundu

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşməkdə təqsirləndirilən Zaur Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Zaur Eynalov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan antiterror tədbirləri zamanı 2017-ci il oktyabrın 27-də Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Zaur Eynalov həbs edilib.(teleqraf.com)

Facebook