Azərbaycanlı gənc Gürcüstanda nazir müşaviri təyin edildi

İyunun 23-də 31 yaşlı soydaşımız Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri təyin olunub.

Bu barədə apa məlumat yayıb. Məlumata görə, hazırda Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində çalışan A. Məmmədov dünəndən etibarən Kvemo Kartli üzrə dövlət müşaviri vəzifəsində çalışacaq.

Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini, həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib. Evlidir. Bir oğulu var.