Azərbaycanın sığorta bazarı kiçilməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 265,297 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% azdır. 

 

Xatırladaq ki, yanvar-mart aylarının yekununda sığorta bazarında 4,2% artım qeydə alınmışdı. 

 

4 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 66,651 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,1% azdır.

 

2019-cu ilin yanvar-aprel aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 25,1 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 26 manat olub.

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.