Azərbaycanın sığorta bazarı 37% böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 21 sığorta şirkətinimn xətti ilə 568,538 mln. manat məbləğində sığorta haqqı toplanılıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,2% çoxdur.

 

9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 186,912 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 0,9% azdır.