Azәrbaycanın әn fәrqli vinneri - Video

Bu istedadlı gənc Mahmud Səfərovdur. O vinnerdir. Amma onun digər vinnerlərdən bir fərqi var. Mahmud uşaqlıqdan eşitmə və danışma məhdudiyyətlidir. Amma onun bu fərqi həyatda uğur qazanmasına mane olmayıb.  1996-cı ildə Bakıda doğulan Mahmud məhdudiyyətli olmasına baxmayaraq işarət dili ilə maraqlı vine-lər (15 saniyə müddətində çəkilən komik videolara vine deyilir) çəkərək sosial şəbəkələrdə paylaşır və artıq çoxsaylı izləyici kütləsinə sahibdir.