Azərbaycanın İranla səhədində silahl insident baş verib

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən İran-Azərbaycan sərhədində silahlı şəxslərin qarşısı alınıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, martın 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin (Bakıdan 299 kilometr cənub-qərb) yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

“Azərbaycan dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbi və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı silah tətbiq edib. Atışma zamanı sərhəd naryadının başçısı Səxavət Məmmədov sinəsindən, sərhəd naryadının üzvü Vidadi Cəbrayılov əlindən güllə yarası alıb. Hər iki sərhədçi dərhal hərbi hospitala təxliyə olunsa da, Səxavət Məmmədovun həyatını xilas etmək mümkün olmayıb,” məlumatda qeyd edilir.

Məlumata görə, dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıb.

Hadisə ilə əlaqədar Azərbaycan Hərbi Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.