EURO : 1,8782 TRY : 0,2865 USD : 1,7 RUB : 0,0275
Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək

Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək

"Azərbaycanın dəmir yollarında yeni pilotsuz taksi xidməti fəaliyyət göstərəcək".

 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

Onun sözlərinə görə, bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

 

 

Xatırladaq ki, bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Sənədi “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev, “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov və “İdrak Texnoloji Transfer”in prezidenti Hikmət Abdullayev imzalayıblar.

 

Memorandumun məqsədi dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsinin birgə həyata keçirilməsində əməkdaşlığın təmin edilməsidir.

Facebook