Azərbaycanın Cənub zonasında zəlzələ olub

Azərbaycanın iki rayonunda zəlzələ olub.
 
Zəlzələ saat 10:07-də qeydə alınıb. Təxminən, 3 bala qədər olan zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb. 
 
Lerik rayonunda da zəlzələ olub. Saat 10:11-də qeydə alınan zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb. Lerik rayonunda zəlzələnin 3.5-4 bala qədər olduğu bildirilir.
 
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, noyabr ayının 5-i yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bal hiss olunub. Yeraltı təkanlar yerin 9 km dərinliyində, 3,5 maqnituda gücündə baş verib.