Azərbaycandan Türkiyəyə gedən avtobus yandı

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.
 
Unikal.org-a istinadən xəbər verilir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.
 
Avtobusda 50 sərnişin – müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.
 
Hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.
 
Nəqliyyat vasitəsi tamamilə yanıb.
 
Fakt araşdırılır.