Azərbaycandan Gürcüstana getmək istəyənlərə şad xəbər: QƏRAR LƏĞV EDİLDİ

Azərbaycandan Gürcüstana getmək istəyənlərə şad xəbər: QƏRAR LƏĞV EDİLDİ

Gürcüstan hökuməti xarici ziyarətçilər üçün tam vaksinasiya haqqında sənəd və PZR testinin mənfi cavabının təqdim edilməsi öhdəliklərini ləğv edib.

Müvafiq qərarı ötən gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb.

Qərara əsasən, bu gündən etibarən vətəndaşlığından asılı olmayaraq xaricdən gələn hər bir şəxs COVİD-19 virusu əleyhinə tam vaksinasiya pasportunu və son 72 saat ərzində əldə edilmiş PZR testinin mənfi cavabını təqdim etmək öhdəliyindən azad edilib. 

Facebook