Azərbaycanda yumurta bahalaşdı - Foto

Azərbaycanda yumurtanın qiyməti artıb.

Qiymət artımı broyler şirkətləri tərəfindən edilib. Belə ki, 11-12 qəpiyə satılan yumurta hazırda 16 qəpiyə kimi bahalaşdırılıb.

Şirkətlər qiymət artımını hansı səbəbdən etdiyini açıqlamayıb.