Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək

"Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək".

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

O bildirib ki, yeni gömrük-keçid məntəqəsi Rusiya ilə sərhəddə tikiləcək:

"Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba" gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq". Komitə rəsmisi qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.