Azərbaycanda yayımlanan telekanalların siyahısına yeniləri daxil edilib

Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına yeni TV-lər əlavə edilib.
 
APA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə, Belarusun "Belarus 24”, Azərbaycanın "Muz TV” və "Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına əlavə olunub.
 
Bir müddət əvvəl MTRŞ-da "Muz TV Azərbaycan” MMC və "Dalğa” TV-yə peyk yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.