Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı

"Son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərmiş, təbii artım göstəriciləri aşağı düşmüş, ölüm yüksəlmişdir. Hazırda demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac vardır".

Bu məlumatı AMEA Coğrafiya İnstitutunda İnsan coğrafiyası istiqamətinin rəhbəri, Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunu məruzə edərkən açıqlayıb.

Tədqiqatçı həmçinin əhalinin təbii artımının kənd və şəhərlər, iri və orta sənaye  mərkəzləri üzrə təsnifatını verib, Azərbaycanın inzibati rayon və şəhərləri üzrə  hər 1000 nəfər doğulan körpəyə görə ölüm əmsallarının dəyişməsini göstərib.

Miqrasiya məsələlərinə toxunan alim qeyd edib ki, 1990-1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9%, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6%  təşkil edib. Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalıb. Hazırda Bakıda rusların sayı 120 min olmaqla, Respublikada 140 mindir, ermənilər isə Bakıda 20 min, ölkədə isə 120 mindirlər.