Azərbaycanda üç xarici şirkətin fəaliyyəti dayandırılıb

11 iyulda üç xarici şirkət Azərbaycanda fəaliyyətinin dayandırıldığını elan edib. Bu barədə Vergilər Nazirliyi məlumat verib.

Britaniyanın Baker and McKenzie CIS şirkətinin Bakı filialı 20 ildir fəaliyyət göstərir. Uzun illər bu şirkətin Azərbaycandakı tərəfdaşı keçən il Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin edilən hüquqşünas Gündüz Kərimov olub.