Azərbaycanda TV və radio yayımı 9 saat dayandırılacaq

Azərbaycanın efir məkanında sentyabrın 3-ü kompleks profilaktika keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, bununla əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
 
Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən bu, ikinci profilaktikadır. Növbəti profilaktika isə dekabrın 3-də keçiriləcək.