Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

Hazırda Azərbaycanda 265 min şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Ötən illə müqayisədə onların sayı 10 min nəfər artıb. Bu barədə bu gün Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Saleh bildirib.

Amma statistika xəstələrin real sayını əks etdirmir. Çünki ikinci növ şəkərli diabet qəfildən yaranır və xəstələr hələ uzun müddət xəstəlikdən xəbərsiz olur və uçota düşmür.

Həkimlər, xüsusən uşaqlar arasında diabetin erkən diaqnostikası üçün tədbirlər görür. Eyni zamanda, bəzi valideynlər gələcəkdə ailə qurmalarının çətin olacağından ehtiyatlanaraq, uşaqlarının xəstəliyini gizlətməyə üstünlük verirlər.

Bu gün şəkərli diabet xəstəsi olan və uçota duran uşaqların sayı 1800 nəfər təşkil edir. Dövlət onları insulin və digər dərmanlarla təmin edir.

Facebook