Azərbaycanda seçkiləri izləmək üçün AŞPA-ya dəvət göndərildi

Azərbaycan prezident seçkilərini izləmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə AŞPA-dan məlumat verilib.

Növbəti mərhələdə AŞPA Bürosu prezident seçkilərini izləmək barədə qərar verməlidir.
 
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.