Azərbaycanda satıcısız bufet fəaliyyət göstərir - Video

Son günlərdə sosial şəbəkələrdə Təbrizdəki təhsil ocaqlarının birində satıcısız bufetin olduğuna dair məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, Təbrizdən başlayan yenilik qısa müddətdə Sofiyanın Azad Universitetinə çatıb, artıq bu universitetdə tələbə bufeti heç bir satıcı olmadan idarə olunur. Məqsəd insanlar arasında etimad və sədaqəti artırmaqdır, tələbələr isə onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağı bacarıblar. Onlar götürdüklərin malların pulunu ödəniş kartı və ya nağd pulla ödəyirlər, heç bir problem də müşahidə olunmur. Bufetin divarı üzərində “Burada gizli kamera yoxdur” tablosunun asılması da xüsusi diqqət çəkir.

Qeyd edək ki, tələbələr etimadı doğrultduğu üçün Azərbaycanda belə bufetlərin artacağı gözlənilir.