Azərbaycanda qanunsuz miqrantların sayı açıqlanıb

Azərbaycanda qanunsuz miqrantların sayı açıqlanıb.
 
Bu barədə "Report.az" xəbər verib.
 
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilənlərin sayında 30 faiz azalma müşahidə olunur.
 
"Belə ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant yerləşdirilib. Bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır", - V.Hüseynov bildirib.