Azərbaycanda onkoloji xəstə yoxa çıxıb

Şirvanda 56 yaşlı kişi itkin düşüb. DİN-in mətbuat xidmətinə istinadən xəbər verilir ki, Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb. C.Məmmədovun  əlamətləri belədir: Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur.

Xəstəxanadan çıxarkən əynində qəhvəyi  rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.