“Azərbaycanda korrupsiya hallarının ən çox baş verdiyi sahə özəl sektorudur”

Dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən biri kimi tanınmış Azərbaycanda hakimiyyət belə absurd mövqedə durmaqdan çəkinmədi.

“Azərbaycanda korrupsiya hallarının ən çox baş verdiyi sahə özəl sektorudur”.

"Bunu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, baş prokurorun müavini Kamran Əliyev prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci ilin I yarımili ərzində görülən işlərlə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, hesabat dövründə özəl sektorunda cinayət əməllərinə görə 25 cinayət işinə başlanılıb və 28 nəfər məsuliyyətə cəlb edilib.

O qeyd edib ki, digər ən çox korrupsiya halları müşahidə olunan sahələr ticarət, tikinti və digər sektordur.