Azərbaycanda istilər 43 dərəcəyədək qalxacaq

Yağış, külək olmayacaq

Avqustun 9-u Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 25-28, gündüz 37-42, Bakıda gecə 26-28, gündüz 39-41 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da havanın yağmursuz olacağı gözlənilir. Gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti təxmin edilir

Dövlət Əmək Müfəttişliyi Xidməti havaların qızmar keçməsi ilə bağlı işəgötürənlərə müraciət edib.

Müfəttişlik bildirir ki, Əmək Məcəlləsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda bütün növ işlərin görülməsi dayandırılmalıdır.