Azərbaycanda icra başçısı vəfat edib

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov vəfat edib.

Rakurs.tv xəbər verir ki, onun gecə saatlarında ürək tutmasından öldüyü bildirilir.

Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

2018-ci il mayın 18-də Naftalan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.