Azərbaycanda həkimlərin sayı kəskin azalıb

Azərbaycanda həkimlərin sayı kəskin azalıb

Azərbaycanda son 14 il ərzində həkimlərin sayı artsa da, əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı azalıb.

Rakurs.tv xəbər verir ki, 2006-cı ildə ölkədə 30 584 həkim olub. 2020-ci ilin məlumatına görə isə Azərbaycanda həkimlərin sayı 31 829-a çatıb.

2006-ci ildə Azərbaycanda əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı 36,3 olduğu halda, 2011-ci ildə bu göstərici 36,8-ə yüksəlib. Lakin 2016-cı ildən sonra bu say yenidən azalıb.

2016-cı ildə əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı 33,9, 2019-cu ildə 32,9 olub. 2020-ci ildə isə bu say bir qədər də azalaraq, 32,0-a enib.

Son 14 ildə ölkədə daha çox şüa diaqnostikası üzrə həkim sayı artıb.

2006-cı ildə sayı 495 olan şüa diaqnostikası üzrə həkimlərin sayı 2020-ci ildə 1 481-ə yüksəlib.

Azərbaycanda daha sonra stomatoloq, nevropatoloq, oftalmoloq ixtisasları üzrə həkim saylarında artım müşahidə edilir. Digər ixtisaslar üzrə həkim sayında isə azalma qeydə alınıb.

Facebook